"Qalatasaray" səfər matçına 24 min azarkeş dəstəyi ilə çıxacaq

"Qalatasaray" Super Liqanın 36-cı həftəsində keçiriləcək "Karagümrük"lə səfər oyununa böyük azarkeş dəstəyi ilə çıxacaq.

Sportline.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Karagümrük" klubunun prezidenti Suleyman Hurma "Qalatasaray"la oyuna səfər azarkeşləri üçün 24 min bilet ayırdıqlarını açıqlayıb.

"Karagümrük" klubu ev oyunlarını 78 min insan tutumuna malik olan "Atatürk Olimpiya Stadion"unda keçirir. 

Qeyd edək ki, Super Liqanın sonuna 3 həftə qalmış "Qalatasaray" 96 xalla liderdir. İkinci pillədəki 'Fənərbağça"nın 90 xalı var.