"Qalatasaray" türkiyəli oyunçunun müqaviləsini uzadıb
"Qalatasaray" voleybol komandası türkiyəli oyunçu Selim Kayalçı ilə müqavilə müddətini 1 il uzadıb.
Sportline.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
2000-ci il təvəllüdlü voleybolçu 2018-ci ildə "Qalatasaray"ın əsas komandasında çıxış edir.
Qeyd edək ki, "Sarı-qırmızılılar" ötən mövsüm Türkiyə çempionatında 4-cü yeri tutub. Çempion isə "Halkbank" komandası olub.