"Qalatasaray" və "Fənərbağça"nın futbolçuları məhkəmə qarşısında

Türkiyə futbolunda qanunsuz qumar oyunları ilə bağlı saxlanılanların məhkəmə prosesi başlanılıb. 

Sportline.az xəbər verir ki, bu gün "Fənərbağça"nın futbolçusu Mert Hakan Yandaş və "Qalatasaray"ın oyunçusu Metehan Baltacı da prosesə cəlb olunub. 

Eyni səbəblə saxlanılan və səhhətindəki problemlə əlaqədar xəstəxanaya yerləşdirilən futbol şərhçisi və keçmiş hakim Ahmed Çakarın da yaxın günlərdə məhkəmə qarşısına çıxarılacağı bildirilir.

Qeyd edək ki, qanunsuz mərc oyunları ilə bağlı 37 nəfər saxlanılıb.