"Qalatasaray" yeni bazaya köçəcək

“Qalatasaray” gələn mövsümdən etibarən Kəmerburqazdakı yeni bazada məskunlaşacaq.

Sportline.az xəbər verir ki, bunu “Sportif AŞ”nin vitse-prezidenti Ərdən Timur bildirib.

Onun sözlərinə görə yeni bazanın təməli yaxın günlərdə qoyulacaq: “Əslində zəlzələ olmasa idi fevral ayının ikinci həftəsi artıq bu işlər yekunlaşacaqdı. Hazırkı duruma əsasən Kəmərburqaza sentyabr-oktyabr aylarında köçəcəyik”

Ərdən Timur həmçinin “Qalatasaray”ın hazırkı bazası - “Florya” da yenidənqurma işlərinin aparılacağını da bildirib.