“Qalatasaray” “Yuniyon”a qarşı
UEFA Çempionlar Liqasının Liqa mərhələsində 5-ci tura start verilir.
Sportline.az xəbər verir ki, Türkiyənin yarışdaki yeganə təmsilçisi “Qalatasaray” “Rams Park”da “Yuniyon Sen-Julas”la qarşılaşacaq.
Heyətlərə nəzər saldıqda “cimbom”da Berkan Kutlu, Kaan Ayhan və Yunus Akgün zədəlidir. Viktor Osimhenin durumuna oyun saatlarında aydınlıq gələcək.
“Yuniyon”da isə İvan Pavliç və Mohammed Fuseyni matçın iştirak ərzəsində yer almayıb.
Qeyd edək ki, start fiti 21:45-də səslənəcək görüşü ispaniyalı hakim Joze Mariya Sançes idarə edəcək.