"Qalatasaray" "Yuventus"a qarşı

UEFA Çempionlar Liqasının pley-off mərhələsinə start verilir.

Sportline.az xəbər verir ki, Türkiyənin yarışdaki təmsilçisi "Qalatasaray" "Rams Park"da "Yuventus"la üz-üzə gələcək.

İstanbul klubunda yeganə itki Metahan Baltacının adı ilə bağlıdır.

"Qoca sinyora"da Emil Holm, Kefren Turam, Arkadüş Milik və Duşan Vlahoviç zədəlidir.

Qeyd edək ki, "Qalatasaray" - "Yuventus" görüşü bu gün Bakı vaxtı ilə saat 21:45-də başlanacaq. Oyunda söz sahibi niderlandlı hakim Danni Makkeli olacaq.