''Qalatasaray''a İspaniyadan qapıçı

Qalatasaray yeni mövsümün hazırlıqlarına davam edir.

Sportline.az xəbər verir ki, cim-bom Musleranın gedişindən sonra boş qalacaq mövqeyə yeni transfer edəcək.

Söhbət Atletiko Madridin qapıçısı Yan Oblakdan gedir.

Sloveniyalı qapıçının klubu ilə 2028-ci ilə qədər müqaviləsi mövcuddur.

Oblakın yayda klubu tərk etmək istədiyi bildirilir.

Qeyd edək ki, 32 yaşlı futbolçunun transfer dəyəri 25 milyon avrodur.