“Qalatasaray”a şad xəbər

"Qalatasaray" “Antalyaspor”la keçiriləcək matçın hazırlıqlarına başlayıb. Bu oyundan əvvəl Viktor Osimhendən şad xəbər gəlib.

Sportline.az “Trt spor” kanalına istinadən xəbər ki, “Kasımpaşa” matçında zədələnən 25 yaşlı futbolçunun müalicəsi başa çatıb. Komanda ilə məşqlərə başlayan nigeriyalı hücumçu Antalyada meydanda ola biləcək.

Baş məşqçi Okan Burukun "Antalyaspor" matçı ilə yenidən qoşa hücumçuya keçməsi gözlənilir. Təcrübəli çalışdırıcı Osimhen transferindən sonra ilk dəfə “Kasımpaşa” matçında belə bir quruluşdan istifadə etmişdi.

Qeyd edək ki, Viktor Osimhen bu mövsüm "Qalatasaray"ın heyətində 4 matçda iştirak edib. Bu müddətdə 2 dəfə fərqlənən 25 yaşlı hücumçu 3 qolunda ötürməsini verib.