“Qalatasaray”a yeni baş məşqçi təyin olundu

Türkiyənin “Qalatasaray” futbol komandasına Səlcuk İnan rəhbərlik edəcək.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında bildirilib.

Qeyd edilir ki, komanda 2021-2022 mövsümünə hazırlıqlara start verib. Komanda məşqçi Selçuk İnanın rəhbərliyi altında hazırlıqlarına başlayacaq və iyunun 14 və 15-də iki tibbi müayinədən keçəcək.