"Qalatasaray"da ciddi itki

Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Arda Turan zədələnib.

Sportline.az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi Danimarkada "Randers"ə qarşı keçirdikləri UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda ayaq biləyindən xəsarət alıb.

Təcrübəli oyunçunun müalicəsinə başlanılıb.

Qeyd edək ki, matç 1:1 hesabı ilə yekunlaşıb. Cavab qarşılaşması avqustun 26-da İstanbulda olacaq.