“Qalatasaray”da “Samsunpor” matçı öncəsi xoş xəbər
“Qalatasaray”ın seneqallı futbolçusu İsmayil Yakops bu həftə keçiriləcək “Samsunpor”la matçda iştirak edəcək.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı futbolçunun zədəsinin bərpa prosesi başa çatıb. “Samsunpor”la matçda baş məşqçi Okan Buruk onu əsas heyətdə meydana buraxacağı gözlənilir.
İsmayil Yakops 19 oktyabrda keçirilən “Antalyaspor”la matçda zədələnmişdi.
Qeyd edək ki, “Qalatasaray” – “Samsunpor” matçı 10 noyabr saat 17:00-da başlayacaq.