"Qalatasaray"da şok itki

"Qalatasaray"ın bu mövsüm uğurlu transferlərindən sayılan İsmayıl Yakobs zədələnib.

Sportline.az xəbər verir ki, son turun "Alanyaspor"la oyununda dizində narahatlıq hiss edən futbolçu bu gün müayinə olunub.

ntvsport.net saytında yayılan məlumata görə, müayinələr son cinah oyunçusunun əməliyayta ehtiyac duyduğunu aşkarlayıb.

Bu həftə əməliyyat olunacaq futbolçunun bir neçə həftə meydanlardan kənarda qalacağı bildirilir. 

Qeyd edək ki, cari mövsümdə 6 oyuna çıxan Yakobs bir məhsuldar ötürmə müəllifidir.