"Qalatasaray"dan növbəti transfer
"Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportline.az xəbər verir ki, İstanbul təmsilçisi güclü zəlzələdən sonra Superliqadakı çıxışını dayandıran "Hatayspor"dan Sam Adekuqbeni heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Kanadalı müdafiəçi mövsümün sonuna qədər "sarı-qırmızılar"ın formasını geyinəcək.
Xatırladaq ki, Avropada transfer pəncrəsi fevralın 9-da bağlansa da, dağıdıcı zəlzələyə görə Türkiyədə bu müddət daha 10 gün uzadılıb.