“Qalatasaray”dan Yunus Akgünə yeni təklif

“Qalatasaray”ın 24 yaşlı futbolçusu Y.Akgün klubla yeni müqavilə imzalamağa yaxındır.

Sportline.az “Fotomaç” nəşrinə istinadən xəbər verir ki, klub oyunçu üçün 4 illik yeni müqavilə təklif edib. Yunus təklifi qəbul edəcəyi halda, illik 50 milyon türk lirəsi qazanacağı bildirilir.

Yunusun hazır ki, maaşı illik 17 milyon lirə olaraq göstərilir.

Qeyd edək ki, Yunus Akgün bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 11 matçda 4 qolla yadda qalıb.