"Qalatasaray"ı bu kluba dəyişdi

Türkiyənin "Qalatasaray" klubu futbolçusu Emre Akbabanı icarəyə verib.

Sportline.az xəbər verir ki, "Alanyaspor" 29 yaşlı yarımmüdafiəçini heyətinə qatdığını açıqlayıb.

Akbaba 2021/2022 mövsümünü bölgə təmsilçisində keçirəcək.

Qeyd edək ki, 2018-ci ildən "Qalatasaray"da çıxış edən Emre Akbaba 2016 - 2018-ci illərdə Alanya təmsilçisinin formasını geyinib.