“Qalatasaray”ın Dibala planı
Heyətində Mauro İkardi, Viktor Osimhen, Dris Mertens, Hakim Ziyeş kimi ulduzları olan İstanbul nəhəngi komandaya yeni bir futbolçunu cəlb etməyə istəklidir.
Sportline.az “Fotomaç” nəşrinə istinadən xəbər verir ki, “Roma”nın ulduz futbolçusu Paulo Dibala yanvar ayında “Qalatasaray”a transfer oluna bilər.
Dibalanın hazır ki, dəyəri 20 milyon avro olaraq təyin edilib.
Qeyd edək ki, Paulo Dibala bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 7 matçda 1 qolla yadda qalıb.