“Qalatasaray”ın futbolçusu “Napoli”nin radarındadır

“Qalatasaray”ın 24 yaşlı futbolçusu Yunus Akgün karyerasını İtaliyada davam etdirə bilər.

Sportline.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, “Napoli” rəhbərliyi Yunus Akgün üçün “Qalatsaray”a 15 milyon avro ödəməyə hazır olduğu bildirilir.

“Qalatasaray” rəhbərliyi Yunus Akgün üçün 25 milyon avro tələb etdiyi qeyd olunur.

Qeyd edək ki, Yunus Akgün bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 15 matçda 6 qol və 1 asistlə yadda qalıb.