"Qalatasaray"ın sabiq hücumçusu həbs edilib

2010/2011 mövsümündə "Qalatasaray"da çıxış edən braziliyalı futbolçu Jo Alves həbs olunub.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, buna səbəb 37 yaşlı futbolçunun uşaq alimentini ödəməməyi göstərilir.

Mənbənin xəbərinə görə, Jo gecəni Kampinas şəhərində yerləşən polis bölməsində keçirib.

Jo Alves 2024-cü ilin yanvar ayından Braziliya klubu "Amazonas"da çıxış edir. Bu müddət ərzində komandası ilə çıxdığı 6 görüşdə 1 qolla yadda qalıb.

Qeyd edək ki, Jo Alves 2010/2011 mövsümündə icarə əsasında çıxış etdiyi "Qalatasaray"da 14 oyuna 3 qol vurub.