"Qalatasaray"ın sabiq oyunçusu mövsümü başa vurub

2017-2021 mövsümlərində "Qalatasaray"ın şərəfini qoruyan Sofyan Fequli cəza səbəbindən mövsümü başa vurub.

Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, Türkiyə Futbol Federasiyası mərakeşli futbolçunu 5 oyunluq cəzalandırılıb.

 Fequli "Kayserispor"-"Karagümrük" qarşılaşmasında idmançıya yaraşmayan hərəkətdən dolayı 2, baş hakimə rəftarına görə isə 3 oyunluq cəza alıb.

Həmçinin futbolçuya ümumillikdə 65 min türk lirası cəza kəsilib.

Qeyd edək ki, sözügedən oyun 1-1 hesablı bərabərliklə yekunlaşıb.