"Qalatasaray"la oyunun biletləri satışa çıxarılır
“Qarabağ” və Türkiyənin “Qalatasaray” klubları arasında xeyriyyə məqsədi ilə keçiriləcək yoldaşlıq görüşünün biletləri sabah saat 11:00-dan satışa çıxarılacaq.
Sportline.az xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 3, 5, 30, 50 və 100 manat arasında dəyişir.
Martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.