Qalmaqallı futbolçu "Yuventus"a gedir

“Mançester Yunayted”in “Borrusiya”dan transfer etdiyi gən ulduz Ceydon Sanço “Yuventus”a transfer oluna bilər.

Sportline.az məşhyr idman jurnalisti Fabrisio Romanonun paylaşımına istinadla xəbər verir ki, klub rəhbərliyi Ceydon Sançoya baş məşqçi Erik Ten Haqdan üzr istəməsi üçün vaxt versə də futbolçu bu təklifdən imtina edib.

İtaliya nəhəngi “Yuventus” bu fürsətdən yararlanmaq qərarına gəlib. 

“Ağ-qaralar” futbolçunun maaşının yarısını “Mançester Yunayted” klubu ödəmək şərtilə 2 il müddətinə icarə əsasında transfer etməyə hazırdır.

 Qeyd edək ki, Ceydon Sanço ötən mövsümün sonlarından etibarən komandanın düşərgəsindən uzaqlaşdırılmışdı.