Qalmaqallı futbolçuya klub tapıldı

Rusiya millisinin sabiq üzvü Artyom Zyuba karyerasını Samarada davam etdirəcək.

Sportline.az xəbər verir ki, təcrübəli futbolçu "Krılya Sovetov" klubu ilə anlaşıb.

İnsayder İvan Karpovun teleqram-kanalında yaydığı məlumata görə, o, ayına 5 milyon rubl qazanacaq.

Vaxtilə "Spartak" və "Zenit"in əsas ulduzlarından sayılan 36 yaşlı forvardın son klubu "Lokomotiv" olub. 

"Transfermarkt" portalında onun dəyəri 2 milyon avro göstərilir.