Qanunsuz mərc oyunları qalmaqalı böyüyür

A Seriyasında top qovan 10-dan çox futbolçunun adı qanunsuz mərc oyunlarında hallanır.

Sportline.az "La Repubblica"ya istinadla xəbər verir ki, "Nyukasl"dan Sandro Tonali və "Qalatasaray"a məxsus olub "Aston Villa"nın şərəfini qoruyan Nikolo Zaniolo ötən gecə İtaliyanın məşq düşərgəsində mərc oyunlarında iştirakda şübhəli bilinərək polis tərəfindən dindirilib.

Hər iki futbolçu bundan sonra komandadan kənarlaşdırılıb. Luçano Spalletti onları Samuele Ricci və Stefan Əl Şaravi ilə əvəzləyib.

Bundan əlavə İtaliya çempionatında mübarizə aparan daha 10 oyunçunun qalmaqala qarışdığı bildirilir.

Qeyd edək ki, 2 gün öncə “Yuventus”un və İtaliya millisinin futbolçusu Nikolo Facoli də eyni addımı atdığını etiraf edib.