"Qarabağ" Avropa Liqalarında uduzmayan komandalar sırasındadır
Bu mövsüm Avropada yerli liqalarda keçirdikləri oyunlarda uduzmayan komandalar bəlli olub.
Sportline.az xəbər verir ki, 17 klubun yer aldığı siyahıda "Qarabağ"ın da adı var.
"Köhlən atlar" Premyer Liqanın XIV turunda "Sabah"la səfər matçında xal itirib - 0:0.
Top-5 liqalarda yalnız "Napoli" ilə PSJ məğlub olmayıb. Hər iki komanda 13 qələbə və 2 heç-heçəyə imza atıb.
"Napoli" (İtaliya) - 13 qələbə, 2 heç-heçə
PSJ (Fransa) - 13 qələbə, 2 heç-heçə
"Benfika" (Portuqaliya) - 12 qələbə, 1 heç-heçə
"Srvena Zvezda" (Serbiya) - 17 qələbə, 2 heç-heçə
"Dnipro-1" (Ukrayna) - 10 qələbə, 2 heç-heçə
"Şaxtyor" (Ukrayna) - 8 qələbə, 3 heç-heçə
"Panatinaikos" (Yunanıstan) - 12 qələbə, 1 heç-heçə
"Qarabağ" 13 qələbə, 1 heç-heçə
"Pafos" (Kipr) - 9 qələbə, 2 heç-heçə
TNS (Uels) - 12 qələbə, 1 heç-heçə
"Svift Hesperange" (Lüksemburq) - 11 qələbə, 1 heç-heçə
"Klaksvik" (Farer adaları) - 25 qələbə, 2 heç-heçə
"Hamrun" (Malta) - 9 qələbə, 1 heç-heçə
"İnter Eskaldes" (Andorra) - 6 qələbə, 2 heç-heçə
"Europa", "Linkoln" (Cəbəllütariq) - hər ikisi 5 qələbə, 1 heç-heçə
"Tre Penne" (San-Marino) 5 qələbə, 3 heç-heçə