"Qarabağ" azarkeşlərə müraciət etdi

"Qarabağ" komandanı UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Napoli" ilə İtaliyadakı oyunda dəstəkləməyən istəyən azarkeşlərinə müraciət edib.

Sportline.az xəbər verir ki, klubun yaydığı açıqlamada bildirilib: 

"Bizdən asılı olmayan səbəblərə görə noyabrın 21-dən sonra vauçerlərin satışı dayandırılacaq. "Napoli” – “Qarabağ” matçını “Stadio Diego Armando Maradona” stadionunda izləmək və komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlərin satışı iTicket.az-da davam edir. “Napoli” ilə səfər oyununa bilet əldə etmək üçün son 4 gün qaldı".

 Qeyd edək ki, "Napoli" - "Qarabağ" oyunu noyabrın 26-ı Bakı vaxtı ilə  00:00-da, yerli vaxtla isə (İtaliya) 25 noyabr saat 21:00-da start götürəcək.