"Qarabağ" bu göstəricidə ikincidir
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin üç turundan sonra "Qarabağ" topu rəqibdən geri qaytarmaq baxımından üçlüyə yüksəlib.
Sportline.az xəbər verir ki, Ağdam təmsilçisi 150 dəfə topu geri qaytarmaqla iştirakçılar arasında ikinci yerdədir.
İlk üçlükdə həmçinin Belçikanın "Union" (154) və İspaniyanın "Athletik”(Bilbao) (146) klubları yer alıb.
Ən yaxın izləyicilər isə İngiltərənin "Nyukasl” (142), Danimarkanın "Kopenhagen" (132) və Almaniyanın "Borussia”(Dortmund) (129) komandalarıdır.
qQeyd edək ki, “Qarabağ” növbəti turda “Çelsi” ilə qarşılaşacaq. Həmin oyun noyabrın 5-də keçiriləcək və matça 20:45-də start veriləcək.