"Qarabağ" - "Çelsi" görüşünün hakimi açıqlandı
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda keçiriləcək "Qarabağ" - "Çelsi" oyununun hakim təyinatları açıqlanıb.
Sportline.az xəbər verir ki, qarşılaşmanı Avstriyadan olan hakimlər briqadası idarə edəcək.
Referi Sebastian Gishamerə Roland Riedel və Santino Schreiner yardımçı olacaq. Dördüncü hakim funksiyasını Valter Altmann yerinə yetirəcək.
VAR Manuel Schuettengruberə, AVAR isə Josef Spurnyə həvalə edilib.
Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Çelsi" matçı saat 21:45-də başlanacaq.