Azarkeşlər "Qarabağ" - "Çelsi" oyununa belə gedə bilərlər

UEFA Çempionlar Liqasında IV turun “Qarabağ” və İngiltərənin “Çelsi” komandaları arasında keçiriləcək qarşılaşması üçün xüsusi hazırlanmış şərflər satışa çıxarılıb.

Sportline.az xəbər verir ki, şərfləri Tofiq Bəhramov adına Respublika Stadionununda yerləşən 32 satış məntəqəsindən və "qarabagh.shop" onlayn satış mağazasından əldə etmək olar.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlanacaq.