Avropa Liqası: "Qarabağ" Konfrans Liqasına düşdü

Bu gün Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq.

Sportline.az xəbər verir ki, təmsilçimiz “Qarabağ” da qrupda son matçına çıxıb.

Qurban Qurbanovun komandası Bakıda “Frayburq”u qəbul edib. Qrupda 1-ci yeri təmin edən Almaniya təmsilçisi üçün görüş formal xarakter daşısa da, “Qarabağ” üçün vacib matç olub. Almaniyadakı görüşdə bu rəqibinə uduzan (1:2) "Qarabağ" Bakıda bu komanda ilə heç-heçə edib - 1:1. Qrupun digər görüşündə "Nant" (Fransa) "Olimpiakos"a (Yunanıstan) qalib gəlib - 2:0. Nəticədə Ağdam təmsilçisi mərhələni 3-cü pillədə tamamlayıb və Avropa Liqasında pley-offa adlaya bilməyib. "Qarabağ" yoluna Konfrans Liqasında davam edəck.

Qeyd edək ki, Çempionlar Liqasında 1/8 finalın, Avropa Liqası və Konfrans Liqasında pley-offun püşkü noyabrın 7-də atılacaq.

3 noyabr

Avropa Liqası, qrup mərhələsi, 6-cı tur 

G qrupu

21:45. “Qarabağ” (Azərbaycan) – “Frayburq” (Almaniya) - 1:1

Qollar: Nils Petersen, 25-pen.(0:1), Kvabena Ovusu, 90+1 (1:1)

Qırmızı vərəqə: Kevin Medina, 62 ("Qarabağ")
Baş hakim: Aleksey Kulbakov (Belarus)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

21:45. "Olimpiakos" (Yunanıstan) - "Nant" (Fransa) - 0:2 

Qollar: Mostafa Mohamed, 79, Ludovic Blas, 90

1

Frayburq

6

4

2

0

13

3

+10

14

2

Nant

6

3

0

3

6

11

-5

9

3

Qarabağ

6

2

2

2

9

5

+4

8

4

Olimpiakos

6

0

2

4

2

11

-9

2