"Qarabağ" hücumçusu ilə yola davam edir
"Qarabağ" klubu futbolçusu Nəriman Axundzadənin müqaviləsinin müddətini uzadıb.
Sportline.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
20 yaşlı hücumçu ilə yeni anlaşma daha 4 il müddətinə nəzərdə tutulub.
Nəriman Axundzadə ilə 2028-ci ilin iyununa qədər sözləşmə imzalanıb.
Qeyd edək ki, Azərbaycan çempionu bir gün əvvəl müdafiəçi Bəhlul Mustafazədə ilə müqavilənin müddətini 3 illik artırıb.