"Qarabağ" ikinci pillədə qərarlaşıb

"Qarabağ" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk üç oyununda rəqiblərdən top almağa görə ikinci pillədə qərarlaşıb.

Sportline.az xəbər verir ki, Azərbaycan təmsilçisinin futbolçuları həmin matçlarda 150 dəfə buna nail olublar.

Belçikanın "Yunion" (154) komandası bu nominasiyada birincidir. İspaniya təmsilçisi "Atletik" (146) isə üçüncüdür.

Qeyd edək ki, "Qarabağ" ötən gün səfərdə "Atletik"ə uduzub - 1:3. Komanda daha əvvəl Portuqaliyada "Benfika"ya (3:2), Bakıda isə Danimarkanın "Kopenhagen" kollektivinə (2:0) qalib gəlib.