"Qarabağ" çempion!

Bu gün Topaz Premyer Liqasında 26-cı tur yekunlaşıb. SportLine.az xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma keçirilib.

Çempionluğa namizədlərdən "Qəbələ" Gəncədə "Kəpəz"ə məğlub olub. Bundan istifadə edən "Qarabağ" "İnter"lə matçda 3 xal qazanmaqla sona iki tur qalmış çempionluğu rəsmiləşdirib. 

Beləliklə, Ağdam təmsilçisi ardıcıl 4-cü dəfə Azərbaycan çempionu adına layiq görülüb.


16 aprel 2017
TPL, 26-cı tur


“İnter” - “Qarabağ” - 0:3
QOLLAR:
Mahir Mədətov, 4 (0:1); Dino Ndlovu, 54 (0:2); Dino Ndlovu, 79 (0:3)
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, İsgəndər Əliyev, Rəvan Həmzəzadə
"İnter Arena"

Standings provided by Sofascore LiveScore

Banner