"Qarabağ" - "Kopenhagen" görüşünə nə qədər bilet satılıb?

UEFA Çempionlar Liqasının "pley-off" mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Kopenhagen" oyununa bilet satışı davam edir. SportLine.az xəbər verir ki, futbolsevərlər bu gün Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında uzun növbələr yaradıblar.

Satılan biletlərin sayına gəlincə, bu dəqiqəyə olan məlumata əsasən 20 mindən çox bilet sahibini tapıb. Bu barədə "Qarabağ" Futbol Klubunun mətbuat xidməti məlumat yayıb. 

Bilet satışı hazırda da davam edir və oyun gününədək bütün biletlərin satılacağı gözlənilir.