"Qarabağ" - "Kopenhagen" görüşünün hakimləri açıqlandı
Çempionlar Liqasının "pley-off" mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Kopenhagen" matçının hakim təyinatları açıqlanıb. SportLine.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma İtaliyadan olan briqadaya həvalə olunub.
Oyunu Paolo Talyavento idarə edəcək. Qarşılaşmada yan xətt hakimi funksiyasını Alessandro Calyatini və Alessandro Kostantso yerinə yetirəcək. Massimiliano İrrati və Antonio Damato isə əlavə köməkçi hakim olacaqlar.
Qarşılaşmaya dördüncü referi kimi Filippo Meli təyinat alıb. UEFA nümayəndəsi funksiyasını bolqarıstanlı Andrey Medintsev icra edəcək. Hakim-inspektor vəzifəsini isə avstriyalı Frits Stuxlik yerinə yetirəcək.
Qeyd edək ki, “Qarabağ” - "Kopenhagen" oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlayacaq.