"Qarabağ" - "Kopenhagen" matçına böyük maraq

UEFA Çempionlar Liqasının "pley-off" mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Kopenhagen" görüşünün biletləri satışa çıxıb. SportLine.az xəbər verir ki, azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından ala bilərlər.

İndidən oyunda anşlaq yaşanacağını demək olar. Çünki biletlərin satışa çıxmasında iki saat yarımlıq bir vaxt keçməsinə baxmayaraq, minlərlə azarkeş bilet alıb və böyük bir kütlə də kassaların qarşısında növbəyə düzülüb.

Xatırladaq ki, "Qarabağ" - "Kopenhagen" görüşü avqustun 15-i, saat 20:00-da start götürəcək.