"Qarabağ" meydana yeni futbolçularla çıxacaq

Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün Polşanın "Rakuv" klubu ilə yoxlama oyunu keçirəcək.

Sportline.az xəbər verir ki, oyunun iştirak ərizəsinə yeni transfer Adama Diakabi də salınıb.

O, görüşə  ehtiyatda başlayacaq. Bundan əlavə, ehtiyat oyunçuların arasında əvəzedici komandanın üzvləri - Teymur Həsənov, Rəhim Cəfərli, İbrahim Ağayarov və David Saenko da yer alıblar.

Gənc futbolçular əsas komandanın Antalya toplanışında iştirak edirlər

Banner