"Qarabağ" Neapola yeni futbolçu ilə gedəcək

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində qarşıdakı oyunlar üçün heyətini yeniləyib. 

Sportline.az xəbər verir ki, komandamız uzun müddətlik sıradan çıxan Kadinin yerinə ispaniyalı yarımmüdafiəçi Coni Montieli sifariş edib.

Xatırladaq ki, Kadi Çempionlar Liqasının dördüncü turunda "Çelsi" ilə 2:2 hesabı ilə başa çatan görüş zamanı zədələnmişdi.

Onun 2 aydan çox oynaya bilməyəcəyi dəqiqləşib.

UEFA-nın qaydalarına əsasən, futbolçu 2 aydan çox müddətə sıradan çıxıbsa, onu başqası ilə əvəzləmək mümkündür.