"Qarabağ" - "Qalatasaray" oyununun keçirilməsi rəsmiləşdi
“Qarabağ" rəhbərliyinin təşəbbüsü ilə "Qalatasaray"la xeyriyyə matçı keçiriləcək.
Sportline.az xəbər verir ki, “Qarabağ" - "Qalatasaray" matçı Bakı Olimpiya Stadionunda təşkil olunacaqb. Görüş 26 mart, saat 20:00-da başlanacaq.
Matçdan əldə edilən gəlir Türkiyədə zəlzələdən zərərçəkən insanlara sərf olunacaq.
Qeyd edək ki, matç milli komandaların oyunları ilə bağlı yaranacaq fasilə zamanı keçiriləcək.