"Qarabağ" - "Qəbələ" görüşünə itkilərlə

Azərbaycan Premyer Liqasının XVIII turunda qarşılaşacaq "Qarabağ" və "Qəbələ" komandaları matça itkilərlə çıxacaq.

Sportline.az xəbər verir ki, Ağdam təmsilçisinin heyətində Rahil Məmmədov hələ də zədəsini sağaltmayıb.

26 yaşlı müdafiəçi müalicəsini davam etdirir. Bundan başqa "Qarabağ"da cəzalı Kevin Medina da oyunu buraxacaq.

"Qəbələ" isə iki futbolçusunun xidmətindən yararlana bilməyəcək. "Qırmızı-qaralar"da Cavid Hüseynov və Rafael Utriq sarı vərəqə limitini doldurduqları üçün meydana çıxmayacaqlar.

Qeyd edək ki, martın 2-də "Azersun Arena"da keçiriləcək "Qarabağ" - "Qəbələ" görüşü saat 18:15-də başlanacaq.