“Qarabağ” – “Qəbələ” matçının hakimi müəyyənləşdi
Azərbaycan Premyer Liqasında XXV turun təyinatları açıqlanıb. SportLine.az Peşəkar Futbol Liqasının (PFL) saytına istinadən xəbər verir ki, turun görüşləri iki günü əhatə edəcək.
Turun mərkəzi qarşılaşması sayılan “Qarabağ” – “Qəbələ” oyunu Fariz Yusifova tapşırılıb. Onunla yanaşı, hesabat turunda baş hakim kimi Elvin Əsgərov, Ramil Diniyev və Rauf Cabbarov da təyinat alıblar.
9 aprel (bazar)
16:00. “Kəpəz” – “Neftçi”
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Mübariz Haşımov, Ömər Paşayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Murad Məmmədov
Gəncə şəhər stadionu
20:30. “Qarabağ” – “Qəbələ”
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov
Tofiq Bəhramov adına Respublika stadionu (CBC Sport / canlı)
10 aprel (bazar ertəsi)
15:00. “Zirə” – “İnter”
Hakimlər: Ramil Diniyev, Akif Əmirəli, Azər Əsgərov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Şahin Cəfərov
Zirə İdman Kompleksinin stadionu (CBC Sport / canlı)
17:30. AZAL – “Sumqayıt”
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüqar Bayramov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Füzuli Nəcəfov
“AZAL Arena” (CBC Sport / canlı)