“Qarabağ” qələbəni Türkiyəyə həsr etdi

"Qarabağ" Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda "Gent" (Belçika) üzərində qələbəni (1:0) Türkiyəyə həsr edib.

Sportline.az xəbər verir ki, bu barədə klubun prezidenti Tahir Gözəl öz açıqlamasında bildirib. Tahir Gözəl qələbəni Türkiyə xalqına ərməğan etdiklərini vurğulayıb: “Bu qələbəni Türkiyə xalqına ərmağan edirik. Allah dünyasını dəyişənlərə rəhmət eləsin, yaralılara şəfa versin. Bu qələbə Türkiyəyə mənəvi hədiyyəmiz olsun”.

Qeyd edək ki, fevralın 6-da qardaş ölkə Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ baş verib. Fəlakət nəticəsində 36 min nəfərdən çox insan həyatını itirib.

Xatırladaq ki, "Qarabağ"la "Gent" arasında cavab oyunu fevralın 23-də Belçikada olacaq.

Banner