"Qarabağ"ın zədəli futbolçularının son durumu
"Qarabağ" komandası Azərbaycan Premyer Liqasının 26-cı turunda "Səbail"lə qarşılaşacaq.
Ağdam təmsilçisinin zədəli futbolçuları bu görüşdə də komandaya kömək edə bilməyəcəklər.
Bu haqda Sportline.az-a klubun mətbuat katibi Gündüz Abbaszadə məlumat verib. Onun sözlərinə görə komandanın zədəli legionerləri Adama Diakabi, Yassin Benzia və Marko Yankoviç yalnız milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədən sonra sıraya dönə biləcəklər.
Qeyd edək ki, bu futbolçularla yanaşı Şahruddin Məhəmmədəliyevlə Abbas Hüseynov da zədədən əziyyət çəkir.