"Qarabağ" Serbiya və Polşa komandalarına qarşı

"Qarabağ" Antalyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün iki yoxlama oyunu keçirəcək.

Sportline.az xəbər verir ki, Ağdam təmsilçisi əvvəlcə "Çukariçki" (Serbiya) ilə üz-üzə gələcək.

“Mardan Sports Kompleks”dəki oyuna saat 12:00-da start veriləcək.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda günün ikinci yarısında Polşanın "Poqon" kollektivi ilə qarşılaşacaq.

Saat 17:30-da başlayacaq matç "Qloria Sports Arena"da keçiriləcək.

Xatırladaq ki, "Qarabağ" ilk sınaq görüşündə "Rakuv"a (0:3) uduzub.

Banner