"Qarabağ" "Sumqayıt"la bacarmadıı, "Sabah" "Səbail"ə uduzdu

Bu gün Azərbaycan Premyer Liqasında 16-cı tura start verilib.

Sportline.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.

Əvvəlcə "Səbail" doğma meydanda "Sabah"ı qəbul edib və 2:0 hesabı ilə qalib gəlib.  Günün digər görüşündə isə son illərin dəyişməz çempionu "Qarabağ" "Sumqayıt"ın qonağı olub. Ötən tur "Neftçi"yə 1:2 hesabı ilə uduzaraq liderliyi itirən Ağdam təmsilçisi bu dəfə də "Sumqayıt"la oyunda vacib xal itirib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Qeyd edək ki, tura fevralın 20-də "Keşlə" - "Zirə" və "Neftçi" - "Qəbələ" matçları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, 16-cı tur

19 fevral


18:00. "Sumqayıt" - "Qarabağ" - 0:0
Hakimlər:
 Rəşad Əhmədov, Akif Əmirəli, Rahil Ramazanov, Kamal Umudlu
Sumqayıt, "Kapital Bank Arena".

16:00. "Səbail" - "Sabah" - 2:0
Qollar:
 Amil Yunanov, 16 (1:0), 77
Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Eyyub İbrahimov, Tural Qurbanov
Bakı, "ASCO Arena".



20 fevral

16:00. "Keşlə" - "Zirə"


18:00. "Neftçi" - "Qəbələ"