"Qarabağ" tarix yazdı
Bu gün "İnter"i məğlub etməklə ardıcıl 4-cü dəfə Azərbaycan çempionu adını qazanan "Qarabağ" tarix yazıb. SportLine.az xəbər verir ki, bundan əvvəl heç bir klub ardıcıl 4 dəfə çempion tituluna yiyələnə bilməyib. Ağdam təmsilçisi zəfər silsiləsinə Qurban Qurbanovun rəhbərliyi ilə nail olub.
Qeyd edək ki, bu, "köhlən atlar"ın ümumilikdə 5-ci çempionluğudur.