"Zirə"dən geridönüş, Tovuzda 5 qol

Misli Premyer Liqasında 19-cu tur davam edir.

Sportline.az xəbər verir ki, 2-ci oyun gününə nəzərdə tutulan 2 matçdan 1-i başa çatıb. "Turan Tovuz" doğma meydanda lider "Qarabağ"ı qəbul edib. 5 qolun vurulduğu matçda qonaqlar 3:2 hesabı ilə qalib gəlib. Maraqlıdır ki, 5 qolun hamısı başla vurulub.

"Zirə" evdə "Sumqayıt"la qarşılaşır.

Qeyd edək ki, ilk oyun günündə "Kəpəz" "Qəbələ" ilə heç-heçə edib - 2:2. Tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

25 yanvar (çərşənbə)

 

16:30. “Zirə” – “Sumqayıt”  3:1 (İkinci hissə) 

Qollar: Vüsal İsgəndərli, 4 (0:1), Dmitrios Çantakias, 50 (1:1), Loris Broqno, 73 (2:1), Toni Qomes, 79 (3:1)
Hakimlər: Kamranbəy Rəhimov, Cavanşir Yusifov, Teymur Teymurov, Emin Əliyev

Zirə İdman Kompleksi stadionu

 
14:00. “Turan Tovuz” – “Qarabağ” - 2:3

Qollar: Musa Qurbanlı, 10 (0:1), Runi Eva, 23 (1:1), Ramil Şeydayev, 27 (1:2), Ehtiram Şahverdiyev, 85 (2:2), Bəhlul Mustafazadə, 89 (2:3)
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Zöhrab Abbasov, Namiq Bəkirov

Tovuz şəhər stadionu

26 yanvar (cümə axşamı)
 
14:00.“Şamaxı” – “Səbail

Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Rəhman İmami, İslam Məmmədov
Şamaxı şəhər stadionu
 

19:00. “Sabah” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Rauf Allahverdiyev

Bank Respublika Arena

24 yanvar (çərşənbə axşamı)

“Kəpəz” – “Qəbələ” - 2:2

Banner