“Qarabağ” Türkiyə toplanışındakı son oyununda məğlub olub
"Qarabağ" Türkiyənin Antalyada şəhərindəki təlim-məşq toplanışında keçirdiyi son yoxlama oyununda uduzub.
Sportline.az xəbər verir ki, "köhlən atlar" Polşanın "Poqon" klubu ilə matçdan 2:4 hesablı məğlubiyyətlə ayrılıb. Ağdam təmsilçisinin qollarını qollarına 49-cu dəqiqədə Marko Yankoviç və 90+4-cü dəqiqədə Abdullah Zubir imza atıb.
70-ci dəqiqədə "Qarabağ"dan Ramiş Şeydayev, "Poqon"dan isə Leandro Kutris birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Rəqib futbolçu təhqirə, Azərbaycan millisinin üzvü isə onu vurduğuna görə cəzalandırılıb.