"Qarabağ" və "Qəbələ" üçün 2,6 milyon avro

Avropa Liqası turnirinin qrup mərhələsində çıxış etməsi ilə əlaqədar hər bir kluba UEFA-nın ayırdığı vəsait AFFA tərəfindən, müvafiq olaraq,  “Qarabağ” və “Qəbələ” klubunun hesabına köçürülüb.

SportLine.az AFFA-nın saytına istinadən xəbər verir ki, hər bir kluba 2 milyon 600 min avro ödənilib.

Qeyd edək ki, komandalarımız qrup mərhələsində iki oyun keçirib. “Qarabağ”ın aktivində 1 xal var. “Qəbələ” isə hələlik xal qazanmayıb.