“Qarabağ” və “Qəbələ”nin oyunları kimə həvalə olundu?
Avropa Liqasının qrup mərhələsində IV turun hakim təyinatları açıqlanıb. SportLine.az xəbər verir ki, J qrupunda PAOK- "Qarabağ" matçını Con Bitonun rəhbərliyi ilə şotlandiyalı hakimlər briqadası idarə edəcək. "Qəbələ" - "Sent-Etyen" matçinda isə ispaniyalı hakimlər iş başında olacaq.
3 noyabr 2016
UEFA Avropa Liqası, 4-cü tur
22:00. "Qəbələ" (Azərbaycan) - "Sent-Etyen" (Fransa)
Baş hakim: Karlos Del Serro Qrande
Yan xətt hakimləri: Xuan Karlos Yuste Ximenes, Roberto Alonso Fernandes
Əlavə köməkçi hakimlər: Xuan Martines Munuera, İnyaki Vikandi Qarrido
Dördüncü hakim: Abraham Alvares Kanton (hamısı İspaniya)
Hakim-inspektor: Muharrem Zihni Aksoy (Türkiyə)
UEFA nümayəndəsi: Aristeidis Stavropulos (Yunanıstan)
Bakı. "Bakcell Arena"
4 noyabr 2016
00:05. PAOK (Yunanıstan) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: Con Biton
Yan xətt hakimləri: Duqlas Potter, Alastair Mazer
Əlavə köməkçi hakimlər: Stiven Maklin, Donald Robertson
Dördüncü hakim: Şon Karr (hamısı Şotlandiya)
Hakim-inspektor: Darko Çeferin (Sloveniya)
UEFA nümayəndəsi: Gennadi Skurtul (Moldova)
Saloniki. "Tumba" stadionu