"Qarabağ" yeni transferini açıqladı

"Qarabağ" Adama Diakabi ilə 2025-ci il iyunun 30-dək müqavilə imzalayıb. 

Sportline.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsi ilə açıqlama yayıb. Onunla müqavilə hazırda komandanın təlim-məşq toplanışında olduğu Türkiyənin Antalya şəhərində imzalanıb.

Vinger olan Diakabi Fransanın U-21 millisinin şərəfini qoruyub. 26 yaşlı futbolçu Fransanın "Kan", "Renn", "Monako" və "Amyen", eləcə də İngiltərənin "Haddersfild" və "Nottingem Forest" klublarının da formasını geyinib.

Banner